Ruhların axirətdəki varlığı ilə əlaqədar Din

RUHLARIN DÜNYA VƏ AXİRƏTDƏKİ VARLIĞI İLƏ ƏLAQƏLİ BƏZİ AYƏTLƏRİN İZAHLARI

•Bəqərə, 154-cü ayə: «Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz». Təbəri (r.h) (m. 839), bu ayəni belə izah edir (1/373-375): «Allah yolunda öldürülənlərə: "Onlar ölüdürlər" deməyin. Çünki ölü, ləzzət almaz, nemətləri başa düşə bilməz. Halbuki Allah yolunda öldürülən kimsə həyatda və nemətlər içərisindədir, gözəl bir həyat sürdürür. Cənnət yeyəcəklərindən ruziləndirilirlər. Onlar bərzəx aləmindədirlər və orada nemətləndirilirlər. Fəqət siz onları görmədiyinizə görə diri olduqlarını bilməzsiniz. Qəbrdə möminlərlə şəhidlərin halı fərqlidir. Möminlər, cənnət nemətlərini sadəcə görürlər və ona qovuşmaq üçün tələsərlər. Şəhidlər isə, ayətin də bildirdiyi kimi, qəbr həyatinda belə cənnət nemətlərindən yeyər-içər, istifadə ədərlər». Əbu Hayyan Əndulusi (r.h) (m. 1255) bu ayəni belə izah edir: «İnsanlar bu həyat haqqında ixtilaf etdilər. Bəziləri bunun mənası «cəsədləri xaric, ruhların əbədiliyidir, çünki bədənlərin çürüdüyünü görürük» dedilər. Bir qismi də «şəhid, ruh və cəsədi ilə diridir» dedilər. Biz bunu bilə bilmədiyimiz üçün onları pisləmirik. Biz onları ölülər kimi görürük, halbuki onlar diridirlər. Çünki həzrət Allah: «Dağları hərəkət etməz görürsən, onlar buludlar kimi hərəkət edərlər»-buyurur. Eynilə yatan bir kimsəni yataqda görürsən. O, isə yuxusunda özünü nemət və ya əzabda görür. Bunun üçün həzrət Allah: «Əslində onlar diridirlər. Siz bilməzsiniz» buyurur. Bunu möminlərə xitabən söyləyib bu gözləri ilə görmədiklərini və eşitmədiklərini bildirir və bununla şəhidi digərlərindən ayırır. Əgər söhbət yalnız ruhun həyatından gedirsə, digər ölülərə bənzədiyinə görə onlardan ayrıla bilməz. Bütün möminlər ruhların yaşadığını bilincə «Siz bilməzsiniz» deyilməzdi. Bunun mənası budur ki, həzrət Allah bəzi evliyasına kəşf edib bunu göstərir». Əlmalı (r.h) (m. 1875) bu ayəni belə izah edir: «Bununla son dərəcə əzab duyub təlaş və ümidsizliyə düşməyin. Xeyr, onlar ölü deyil, gerçək həyatla diridirlər. Ancaq siz duymazsınız, onların həyatını hiss etməzsiniz. O həyat bu dünyadakı zahiri duyğularla hiss ediləcək bir həyat deyildir. O, ruhani bir həyat, daha doğrusu ağılın ala bilməyəcəyi bir həyatdır. Həsən Bəsri (r.h) buyurur: «Şəhidlər Allah qatında diridirlər. Ruziləri ruhlarına verilir və özlərinə rahatlıq və fərəh gəlir. Uyğun olaraq Firavun ailəsinə də sabah-axşam atəş göstərilir və özlərinə bu əzab və ələm gəlir». Bu ayədə ruhların başlı-başına ayaqda duran və hiss edilən bədən cövhərindən başqa bir «özü» olduğuna və bunun ölümdən sonra eşidici bir halda qaldığına işarə vardır. Səhabənin və tabiinin çoxluğunun görüşü budur. Buna işarət edən çoxlu ayə və hədis vardır. O halda burada bunun şəhidlərə aid edilməsi Allah yanında yüksəkliyini bildirmək üçündür». Şeydələ (r.h), «Kitabul burhan fi ulumil Quran» kitabında yazır: «həzrət Allah buyurduğu halda, «dirilər necə ölü olurlar» deyilirsə, cavabında deyirik ki, həzrət Allah onları qəbrlərində dirildə bilər. Ruhları bədənlərinin bir hissəsi ilə əlaqəli olur və bu hissə ilə bütün bədəni nemət və ləzzətləri hiss edər. Diri bir kimsənin bədəninin bir hissəsinin üşüməsi və ya isinməsi anında bütün bədənin üşüməsi və ya isinməsinə bənzər». Sənaullahi Pani Puti (r.h) (m. 1730), «Təzkirətul-mevta»: «həzrət Allah, şəhidlər haqqında «Onlar Rəblərinin qatında diridirlər» buyurur. Deyirik ki, hər halda bundan məqsəd «həzrət Allah, onların ruhlarına, cəsədlərinə qüvvət verir, dilədikləri yerə gedərlər» deməkdir. Bu hökm yalnız şəhidlərə məxsus deyil. Peyğəmbərlər və alimlər şəhidlərdən üstündür. Evliya da şəhidlər hökmündədir. Çünki nəfsləri ilə cihad etmişlər. Bu isə böyük cihaddır. Hədisdəki «Kiçik cihaddan böyük cihada döndük» buna işarətdir. Bunun üçün evliyaullah: «Ruhlarımız, cəsədlərimizdir» demişlər. Yəni onların ruhları bədənlərinin işini görər. Bəzən cəsədləri lətifliyin çoxluğundan ruhları kimi yüksəlir. Deyirlər ki, Rəsulullahın (s.a.v) gölgəsi olmayıb. Onların ruhları, yerdən, göydən və Сənnətdən istədikləri yerə gedərlər. Sevdiklərinə və özlərinə inanıb bağlananlara dünya və axirətdə yardım edərlər. Düşmənləri həlak edərlər. Ruhlardan üveysilik yolu ilə batini feyz gəlir. Bu həyatları səbəbilə onların cəsədlərini torpaq çürütməz. Əslində kəfənləri də olduğu kimi qalır. İbni Əbi Dünya (r.h) (m. 823), İmam Malikdən (r.h) bildirir: «Möminlərin ruhları dilədikləri yerə gedərlər. Möminlərdən məqsəd kamil olanlardır. həzrət Allah onların cəsədlərinə ruh qüvvəti verir. Qəbrlərində namaz zqılarlar, zikr edərlər, «Allah, hər salam verildikcə ruhumu bədənimə geri qaytarır» demək, «ruhumun bədənim üzərindəki təəllüqünü əlaqəsini davam edər» deməkdir. Yoxsa bəzilərinin zənn etdiyi kimi hər salam verdikcə ruhu səadət cavab verir, sonra qəbz olunur» demək deyildir.