Hicab İzzət və şərəf olmasa İdi, o kölə və qeyri müsəlmanlara əmr edilərdi.

Allaha həmd olsun! İslam nəyi buyurursa o haqqdır. Buyurduğu şeyin nə olmasından, kimin xoşuna gəlib, gəlməməsindən asılı olmayaraq. Donuzumu qadağan edəcək, yoxsa qoyunumu; bunun artıq bir mənası yoxdur. Məna başqa şeydədir. Məsələ ondadır ki, İslamın və onun hökümlərinin sahibi Allahdır. Allah isə bir yaradan, sahib olaraq buyurmağa haqq sahibidir. Qullar üçün həyatın mənası Allaha boyun əyməklə Onu tanımaqdır. Donuz qadağan ediləcəksə, ondan uzaq durulacaq, qoyun halal ediləcəksə qoyun kəsiləcək, yeyiləcək.

Müasir dövrdə qadınları Cəhənnəmə aparan əməllərdən biri də Allahın əmr etdiyi geyim forması ilə deyil, hansısa bir insanın diktə etdiyi Moda ilə geyinməkdir.

Bu məsələ insanıyyətin ata-anası yaranıb cənnətdə yerləşdirildiyi gündən bu günə ən aktual, prinsipial məsələlərdən biridir. Bu məsələ nə qədər Allah üçün (Onun dini və hizbi olan müsəlmanlar üçün) o qədər də bu dinin düşməni İblis üçün də ən mühim məsələlərdən biridir.

Təsəttürdən məqsəd, heç də bəzilərinin yanlış düşündüyü kimi, qadını daha da gözəlləşdirmək deyil. Təsəttürün məqsədi tam bu fikrin ziddidir. Qadın paltarı qadının bədəninə dahada gözəllik verən bir zinətdir (bəzəkdir). Bədəninin bir qismini örtüb digər qismini açıq buraxmaqla qadını cəzb edici edir. Əlvan rəngləri və naxışları ilə diqqəti cəlb edir. Yenə, daş-qaş və digər zinət əşyalarını paltar və bədənin açıq qalan hissəsinə taxmaqla qadına əlavə gözəllik verir.

Bəzilərinin düşündüyü kimi hicabdanda məqsədin paltarda olduğu kimi eyni ilə qadını dahada gözəl göstərmək deyil. Əksinə təsəttürdən məqsəd qadını gözəl göstərmək deyil, qadının zinəti (bəzəyi) olan onun bədəninin və bədəni dahada gözəlləşdirən və cazib edən qadının paltar və bəzək əşyasının üstünü örtməkdir.

Bu gün bütün dünyaya dəb diktə edən insanlar və müəssisələr və onların arxasında duran qüvvələr dünyaya yeni-yeni modellər sırıyaraq məhz bu məqsədi rəhbər tuturlar. (Yəni qadını daha da gözəl göstərmək, hətta onu cazib və seksual olaraq cəmiyyətə təqdim etmək) Bu insanların və onların arxasında duran insanlar və şeytanlardan ibarət qüvvələrin güddüyü əsl məqsəd daha dəhşətli və həlakedicidir. Fəsad, pozğunçuluq, əxlaqsızlıqın müxtəlif yön və görüntülərini insan cəmiyyəti, ələlxsus da İslam cəmiyyəti arasında yeritmək, bununla da insanları Allahdan, onun yolundan, dinindən uzaqlaşdırmaq, yayındırmaqdır. Çünki həya olmayan yerdə dinə, Allaha itaət etməyə yer yoxdur.

"İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən insanları Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə’nasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.

Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. Sən də ona şiddətli bir əzabla müjdə ver!" (Loğman 6,7)

Bu kimi layihələr müxtəlif məxfi qara qüvvələr tərəfindən maliyələşdirilir, və bu işə minlərlə insan ağlı, istedad, bacarığı cəlb edilir. Bu layihələr üzərində gecə-gündüz müəyyən institut və müəssisələr işləyir. Əllərindəki kütləvi informasiya vasitələri və reklam agentlikləri də bunu yaymaq üçün əllərindən gələni edirlər.

Bunlardan qazanc əldə etmək bu işin cüzi bir hissəsidir. Əsil məqsəd isə yuxarıda qeyd edilən yer üzündə pozğunçuluq yaymaq vasitəsi ilə Allahın dinini və müsəlmanları yıxmaqdır.

"Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər!" (əl-Ənfal 36)

Bu da "Moda" deyilən dəb. Və Allahın qəzəbini qazanma kimi bəlaya düçar olmaqla sıravi insanlar bu modanın qurbanı olur. Bütün bu qeyd etdiyimizin yanında birdə bəzilərinin "Hicab qadının azad, sərbəst olmasını əlindən alır" kimi fikirlər təəcüb doğurur. Sual doğa bilir ki: "Hansı azadlıq?" Bu adamlara demək istərdik ki, "Sən modaya tabesən! Sən istədiyin kimi deyil, moda diktə edən modelyerlərin istədiyi kimi geyinirsən. İstər rəng olsun, istər model olsun, istər parçanın növü olsun. Sən 80-cı illərdə dar şalvar geymirdin. Niyə? Çünki mod deyildi. Sən bu gün dar şalvar geyirsən. Niyə? Çünki sən bu gün Qərb modasına tabesən. Belə olduqda sən hansı "azadlıqdan" danışırsan?! Bir tərəfdən Allahın əmr etdiyi geyim, digər tərəfdən şeytanların. Elə isə, modelyerlər deyil Allahdır itaətə layiq olan."

Allah isə Öz geyim qaydası və modeli diktə edir-HİCAB.

Hicab! Bir neçə metr uzunluqda olan bu parça bir anın içində tikntisi üçün külli miqdarda vəsayit, güc, enerji sərf edilən şeytanın binasını yerlə yeksan edir. Bu parça uzun illərlə hazırlanmış plan, proyektləri alt üst edir.

Bir daha hicabın mahiyyətinə qayıdaq. Hicabın məqsədi örtülmək üçün yaradılan hər şeyin üstünü örtməkdir. Bu həm qadını, həm onun zinətini yaradan, həmdə onun örtünməsi hökmünü göndərən Allahın əmridir.

Hər kəs bu gün baş verən hadisələr üzərində fikirləşsin. Hicaba qarşı hər növ hücumlar, hicab taxan qadınlara qarşı təzyiq və təqiblər... Rəsmi sənədlərə foto-şəkildən tutmuş, təhsil müəssisələrindəki sıxışdırmalar kimi təzyiqlər də daxil olmaqla ta fiziki təsir göstərmək və məhv etməyə qədər varan zülümlər... Və bunları edərək öz əməllərinə cəfəngiyyatlarla əsas gətirib "haqq" qazandırmağa çalışırlar.Yer üzündə elə yerlər var ki, dünyanın ən nizamlı və bacarıqlı ordularından olan bir ordunun generalları bu bir neçə metr olan parçanı öz qərargahlarında, öz iclaslarında müzakirə edirlər.

Sizcə bu qeyd edənlər və qeyd edilməyənlər hicabın əhəmiyyətini bildirmək üçün azdırmı? Bununla bərabər birdə Allahın Kitabına nəzər salın!

Biz də belə dedik: "Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. Sizi Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!" (Taha 117-119)

Cənnətin saysız nemətlərinə baxmayaraq Allah bu ayədə onun dörd nemətini xatırladır.

1. Acımamaq.

2. Çılpaq olmamaq.

3. Susamamaq.

4. İstidən əziyyət çəkməmək.

"Əl-Əraf" surəsində isə İblisin hz. Adəm və hz. Həvvanı cənnətdən çıxarma məqsədlərindən biri olan - onların həya yerlərini üzə çıxartmaq olduğunu vurğulamaqdadır. Adəm və Həvvanın cənnətdəki xarici görkəmi heyvanlarda olduğu kimi fitri "paltarlı" idi. Yəni heyvanların dəriləri, tükləri onların həm bütün bədənini örtən rəngli, bəzəkli, naxışlı olub, həm də isti və soyuqdan qoruyacaq bir paltarı əvəz edəcək bir paltardır. Bu paltar eyni zamanda onların cinsi orqanlarının da üstünü örtür. Adəm və Həvvanında cənnətdəki görkəmi belə idi. İblis onların oradakı qeyd edilən ağacdan yedikdə onların həya yerlərinin üzə çlxacağını bilirdi. Və İblis onların başqa şeylərdən də məhrum olacağını bildiyi halda Adəmlə və Həvvanın çılpaq qalmasını hədəfləməsi bunun İblis üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

"Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!"

Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı. Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar..." (əl-Əraf 20, 22)

Allahın biz insanlara müraciət edərkən eyni mövzunu (həya yerinin açılması) xatırlatması da mənasız deyil.

"Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız.

Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik." (əl-Əraf 26, 27)

Müsəlmanlar! Bir şeyi başa düşün; hicab sizə şərəf verəcək Allahın sizin üzərinizdəki minnətidir. Sizin minnətiniz olsun ki, sizə hicablı olmaq buyurulub!

"Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!" (əl-Hucurat 17)

Hicab müsəlman qadınlara xas olan, onların zinət yerlərini kənar gözlərdən örtən müsəlman qadınlara və onların kişilərinə izzət, şərəf gətirən, onları digər insanlara nisbətən məğrur və ləyaqətli qılan sirlər və hikmətlərlə dolu Allahın bəxşişidir. Buna görə müsəlmanlar tarix boyunca hicaba çox həssas yanaşmışlar və bunun yalnız müsəlman qadınlara xas olan izzət və şərəf olduğu üçün qeyri müsəlmanların hicab örtməsinə qısqanclıqla yanaşmışlar və onu əngəlləmişlər. Tarixdə müsəlmanların fəth etdiyi torpaqlarda zimmət (himayə) altına aldıqları qeyri-müsəlmanlarla bağladığı əhdlərdə geyim məsələsi xüsusi bəndlə qeyd edilməsinin şahidi oluruq. Bu bəndlərdə qeyri-müsəlmanların müsəlmanlar kimi geyinməsi qadağan edilir. Yenə, bir də o vaxtlar insanlar hür və kölə olaraq ayrılırdılar və kölə qadınlara hicab örtməyə izin verilmirdi. Bununla da şərəfli olan hür müsəlman qadın öz şərəf, üstünlük və qiymətliliyini bunların simvolu, rəmzi olan hicabla nümayiş etdirirdi. Əgər hicab izzət və şərəf olmasa idi, o kölə və qeyri müsəlmanlara əmr edilərdi.

"Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" (əl-Əhzəb 59)