Səudiyyə Ərəbistanında hakim olan məzhəb vəhhabilikdirmi?

Bu gün Səudiyyə Ərəbistanında hakim olan məzhəb haqqında "Vəhhabi" məzhəbi deyirlər. Bu məzhəbin özəllikləri və fikirlərini bilmək üçün müəyyən islami bilgi bazasının olması gərəkdir. Biz qısa olaraq anlatmağa çalışacağıq.

Rəsulullahın (s) dövrində elm əsasən səmadan gələn vəhy və Rəsulullahın (s.) canlı həyatı vasitəsi ilə yer üzündə yayılmaqda idi. Peyğəmbər (s.) dünyanı tərk etdikdən sonra onun sahəbələri həmən o mirasdan pərakəndə şəkildə bəhrələndilər. Onların yeganə kitab halına gətirdikləri İlahi vəhy olan Quran oldu. Sahabələrdən sonrakı dövrlərdə artıq Peyğəmbər (s.a.s.) dövründən uzaqlaşma səbəbindən dolayı onun buraxdığı elminin formalaşması, düsturlaşmasına ehtiyac duyuldu.

Burada da önə çıxan böyük dahi alimlər ətraflarında həm fikirlərini toplayaraq bu elmi formalaşdırmağa başladılar. Nəticədə əhli-sünnətin sonralar 4 böyük məzhəbi formalaşdı: Hənəfi, Maliki, Şafii, Hənbəli. Burada da təbii ki fərqli-fərqli məktəblər və üsulların ortaya çıxması qaçılmaz oldu. Məsələn, başda İbrahim Nəhayi, Hammad, Əbu Hənifə olmaqla İraq məktəbi ortaya çıxdı.

Bu məktəbin nümayəndələri rəyə böyük üstünlük verdiyi üçün bunlara Rəy əhli deyildi. Digər tərəfdən Mədinədə imam Maliki başçılığı ilə, məsləhəti əsas alan başqa bir məktəb ortaya çıxdı. Bunlardan sonra, böyük hədis alimi Əhməd ibn Hənbəl ortaya çıxaraq hədisçilərin yolunu ortaya qoydu.

Bunun davamçıları olan ibn Teymiyyə, ibn Qayyim, ibn Kəsir və digər böyük alimlər ara sıra bu üsulu dünyaya duyurur, əks fikir olan rəy əhli, kəlam əhli, fəlsəfəçilər bəzi təsavufçularla elmli mübahisəyə girişirdilər.

Əsrin əvvəlində hicaz bölgəsində Hənbəli məzhəbinə mənsub olan Muhammad Abdul Vəhhab bu hərəkatı (mühəddislərin tutduğu yolu, mənimsədiyi üsul) canlandırdı. Hədisçilərin fikirlərinin yayarkən digər yol tutanlarla münaqişəsi qaçırılmaz oldu. Nəticədə təəssüflər olsun ki, bəzi qətllər oldu. Bu hərəkatın digər özündən öncəki Hənbəlilərin hərəkatından fərqli olan biri də bu hərəkatın siyasi tərəfi idi. Bu hərəkət nəticəsində Səudiyyə Ərəbistanı və bir neçə xırda dövlətlə quruldu. Ona görə Əbdülvəhhabın hərəkatı həm məzhəbi, həm də siyasi hərəkat olmuşdur. Bu hərəkət haqqında söylənənlərdən bəziləri isə dəqiq desək, quya bu hərəkatın ingilislər tərəfindən hazırlanıb həyətə keçirdiyi isə ciddi bir dəlilə dayanmamaqdadır.

Bunu iddia etmək üçün əlimizdə heç bir ciddi əsas olmadığına görə biz Allahın kitabına görə bunu qəbul edə bilmərik. Bu gün "bir ingilis casusunun etirafları" Quran və sünnət kimi fitva qaynaqları yayılmaqdadır. Hemferlərin kəlamından dəlil gətirilir. Bu yazılanlar, söylənənlər isə ciddiyyətdən uzaq, avam təbəqənin hissləri ilə oynamağa yarayan əsərlərdir.

"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" (əl-Hucurat 12)

Onu da demək olar ki hansı siyasi xadim cürbəcür adamlarla görüşməmişdir. Məsələn İrandakı fevral inqilabının banisi həm din xadimi həm də böyük siyasətçi Ayətullah Xomeyni uzun illər Fransada yaşamış cürbəcür insanlarla görüşmüşdür. Bir gün biri qalxıb "Bir fransız casusunun etirafları" adlı bir kitab yazarsa, onu inkar etmək hər müsəlmanlara vacib olur.

"Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (Əl-Hucurat 6)