8 Mart – bizim ona ehtiyacımız varmı?

Allaha və Onun Peyğəmbərinə həmd və salam olsun.Bizləri yoxdan var edən, yedirdən, içirdən, hər cür nemətləri qarşımıza çıxardan Odur. Bizlər yalnız Ondan umur, yalnız Ona ibadət edir, yalnız Ona ehtiyac duyuruq. İnsanları fərqli, kişi və ya qadın, sağlam və ya xəstə yaradan, insanlara hidayət verən və ya onların qəlblərini bağlayan da yalnız və yalnız Allahdır.

Rəbbimizin yaratdığı bütün bu fərqliliklər və ya əksliklər cəmiyyətimizi formalaşdırır. Rəbbimiz biz insanlari ən gözəl şəkildə yaratmışdır. Bunun müqabilində biz insalnalrın öhdəsinə düşən ən öndə vazifə Rəbbimizin yolunda möhkəm və qətiyyətli dayanmaqdır.

Bu gün dünya özünün bir çox inkişaf mərhələlərini qət etmiş və mədəniyyətlərin sıx surətdə bir-biri ilə qarışdığı bir dövrə qədəm qoymuşdur.

Sözsüz ki, bu da mədəniyyətlərin bir-birindən kəskin bəhrələnməsinə geniş imkanlar açmışdır. Belə bir mürəkkəb sosial-mədəni şəraitdə İslam mədəniyyəti öz qüdrətini saxlamış, dünya mədəniyyətlərinin də İslamdan faydalanmasına şərait yaratmışdır.

Bütün bunlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, dünya zahiri görünüşünə görə mədəniyyətlərin çiçəklənməsi dövrünü yaşayır. Lakin məsələnin bir qədər gizli, daxili tərəflərinə nəzər yetirdikdə aydın şəkildə müəyyənləşdirmək mümkundür ki, dünya, o cümlədən müsəlman mədəniyyətinə kəskin və iyrənc əlavalər nəzərə çarpır.Başqa sözlə desək dünyanın və müsəlmanların mədəniyyət çiçəkləri arasına süni çiçəklər, sözün əsl mənasında tikanlı kollar əkilməkdədir.

Bundan əvvəl Valentin günü haqqında danışdıqda bu cür tikanlı mədəniyyətlərə qısa da olsa, toxunmuşduq. Bu məqaləmiz də günümüzün reallıqlarını əks etdirmək məqsədi daşımaqla yanaşı, bu reallıqda özünü göstərən tikanlı mədəniyyət probleminin araşdırılması və aydınlaşdırılması məqsədi daşıyır.Bu gün demək olar ki, bütün dünya xalqları "8 mart, beynəlxalq qadınlar günü"nü bayramını qeyd edir. Öncə təqvimnlərimizdə 8 mart tarixinin qırmızı, yəni bayram günü kimi qeyd olunmasının qısa tarixinə toxunaq istərdik.

Bildiyimiz kimi 8 mart tarixinin məhz bu cür təntənəli şəkildə qeyd olunması bilavasitə Klara Çetkinin adı ilə bağlıdır. Rus, Keçmiş Sovet və Kommunist qaynaqlarında verilən məlumata görə 1910-cu ildə inqilabçı qadın Klara Çetkin Beynəlxalq Qadınlar Konfransında 8 mart tarixinin qadın proletariatının doğum günü kimi qeyd olunması təklifini irəli sürmüşdür. Onun fikrincə 8 mart bütün dünya qadınlarının öz bərabərhüquqluğu uğrunda mübarizə günü olmalı idi.

Rusiyada Beynəlxalq Qadınlar günü ilk dəfə 1913-cü ildə Peterburq şəhərində qeyd olunmuşdur.1965-cil ildən 8 mart istirahət günüdür. Sovet ittifaqı dağıldıqdan sonra 8 mart bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın dövlət bayramları siyahısına daxil edilmişdir.

Göründüyü kimi 8 mart tarixi Klara Çetkinin adı ilə bağlıdır. Məlum oldu ki, Klara Çetkin inqilabçıdır və qadın bərabarhüquqluğu uğrunda mübarizə aparmışdır. Bəs Klara Çetkini inqilab etməyə vadar edən nə idi? O kimdir mübarizəsi nəyin uğrunda idi?

Klara Çetkin dövrünün əxlaqsız, mənəviyyatca çirkin, şöhrətpərəst bir insanı olmaqla yanaşı yaşadığı cəmiyyəti tərfindən qəbul olunmyan bir insan olmuşdur. Sözsüz ki, onun inqilabi ruhlandırılmasında və mübarizəyə qalxmasında dövrünün bir sıra siyasi amilləri də mühüm rol oynamışdır. Məhz bu amil onun çirkin mübarizə əzmini daha da artırmışdır.

Qaynaqlarda göstərildiyi kimi Klara Çetkin bu mübarizəsini tək deyil, ətrafında olan özü kimi bir sıra pozğun, əxlaqsız qadınlarla birlikdə aparmışdır. Bir əxlaqsız qadının cəmiyyətdə öz sözünü açıq şəkildə qəbul etdirməsi bu cəmiyyətin mənəvi dəyərlərdən çox uzaq olduğunu sübut edir. Klara Çetkinin fikirləri və ideologiyası qadınların Allah yolundan sapmasına, cəmiyyətin daha da pozğunlaşmasına sürükləyən ideologiyaya çevrilmişdir. Əslində Klara Çetkin çixişları, Klara Çetkin ideologiyası sözün əsil mənasında qadınları hüquqsuzlaşdıran, onları günümüzdəki bir sira qlobal bəşəri problemlərlə üzləşməsinə sürükləyən ideologiyadır.

Gəlin bir qədər İslamda qadına Allah tərfindən verilən hüquqlara nəzər yetirək. Bəşər tarixində qadının ilk dəfə tam və mükəmməl hüqquqlara malik olması məhz Allahın göndərdiyi qanunlardan sonra olmuşdur. Dinimiz qadınlara ehtiramlı olmağı, onlarla gözəl davranmağı buyurmuşdur.Bunun üçün isə il ərzində olan günlardən heç bir məxsusi gün ayırmamışdır.Allahın qanunu təkcə bir gün üçün deyil, hər an üçün movcuddur və qüvvədədir. Bütün bunlarla yanaşı Peyğəmbər(s.a.v)in də bir sıra hədisi-şəriflərində qadınlara qarşı gözəl davranmaq və onun fəzilətləri göstərilmişdir.

Abdullah İbnu Amr (r.a)ın rəvayət etdiyi bir hədisi-şərifdə Rəsulullah(s.a.v) belə buyurmuşdur: "Sizlərdən ən xeyirliniz qadınlarına qarşı ən yaxşı davrananınızdır.". Digər bir hədisdə isə Rəsulullah (s.a.v) belə buyurmuşdur: " Ən xeyirliniz qadınlarına və qızlarına qarşı xeyirli olanınızdır."

Buradan göründüyü kimi dinimiz bizlərə ilin təkcə bir günündə deyil, daim qadınlara və qızlara qarşı gözəl və nəzakətli davranmağı biz müsəlmanlar üçün ən ali məsələlərdən buyurmuşdur.

Ümumiyyətlə İslam gözəllik və sevgi dini olmaqla insanları daim bir-birinə qarşı şəfqətli olmağı, bir-birini sevməyi, bir-birilə də gözəl və sevgilə davranmağı tövsiyə edir. Bütün bunlar isə Klara Çetkindən çox-çox əvvəl, hələ VII əsrdə Allahın kitabında bütün özəllikləri ilə öz əksini tapmışdır.

Cəmiyyətimizdə bu gün də bu cür bayramların movcud olması İslam və müsəlman mədəniyyətinə yad olmaqla yanaşı, müsəlmanlar tərəfindən onun bu cür təmtəraqla qeyd olunması sözüz ki, Quran və sünnəyə ziddir və bu cür bidətlərə qarşı mübarizə aparmaq hər bir müsəlmanın borcudur.

Allah biz müsəlmanları qadınlara qarşı daha zərif davranmaqda, onlarla ədalətli olmaqda yardımçı olsun İnşəallah. Allah bizim ana və bacılarımızı dövrümüzün Klara Çetkinləri və onlara oxşayanların fitnəsindən qorusun, onlara hidayət və nur nəsib eləsin.