باخیش

Bismilləh kəlməsinin Möcüzəsi

Suriyanın tibb yönlü müxtəlif universitetlərindən cəmləşən 30 proffesordan ibarət araşdırma qrupu 3 il boyunca Bismilləh ilə kəsilən və Bismilləhsiz kəsilən heyvan ətləri arasındakı fərqi müəyyən etmək üçün xüsusi labaratoriya şəraitində araşdırma aparmışlar.

Elm adamları, heyvan və quş kəsimi əsnasında İslam dininə görə yerinə yetirilməsi zəruri olan "Bismilləh, Allahu Əkbər" sözünün kəsilən ətlər üçün nə dərəcədə əhəmiyyət daşıdığının və bir sözlə möcüzə deyilə biləcək bir durumla qarşılaşmışlar.

Qrupun adından açıqlama verən Prof.Dr. Xalid Xaləvə, araşdırmalar əsnasında labaratoriya şəraitində Bismilləhsiz kəsilən dana, qoyun və quşların ət tərkibində laxtalı qan, çoxalmağa meyilli olan bakteriyalar və mikroblar müəyyən olunduğu halda, Bismilləh ilə kəsilən heyvanların ətinin tərkibində isə qan, mikrob və bakteriyalara rastlanmadığını ifadə edərək, araşdırmanın bu heyrət verici nəticəsi insan sağlığı nöqteyi-nəzərindən tibb aləmində bu sahədə yeni nəaliyyətlər olduğunu vurğuladı.

Bismilləh ilə kəsilən ətlərin fərqi

Araşdırma qrupunun digər bir üzvü olan Dr.Abdulqadir Dirani, araşdırma və nəticələr barəsində bunları söylədi: "Qurani-Kərimdə ALLAH adı zikr edilmədən kəsilən heyvan ətini yeməyin" şəklindəki İlahi əmrin hikmətindən xəbərsiz olan insanların bu durumu, məni bu araşdırmalara qatılmağa sövq etdi. Bismilləh və təkbir ilə heyvan kəsimi mövzusunda araşdırmaya başlarkən, qrupdakı bir qism yoldaşlar bu məsələyə soyuq yanaşdılar. Lakin araşdırmalar əsnasında hər dəfə əldə etdiyimiz heyrət verici nəticələr əsasında, qrupun bu nümayəndələrinin məsələyə maraqları artmağa başladı.

Bismilləh və təkbirlə kəsilən heyvan ətləri, Bismilləhsiz kəsilən heyvan ətlərinin əksinə, ət tərkiblərində qan və mikrobların olmaması Bismilləh kəlməsinin bir möcüzə olduğu qarşımıza çıxdı. Bismilləh ilə kəsilən heyvanlara labaratoriya şəraitində mikrob aşkar olunmadı"

Araşdırmanın metod və texniki mövzusunda qrupun başqa bir üzvü olan Suriya Universitetinin Əczaçılıq üzrə sabiq dekanı Prof. Dr. Nəbil Şərif də öz açıqlamasında bunları söylədi: "Bismilləh ilə kəsilən quş, iri buynuzlu və xırda buynuzlu heyvların ətlərindən və Bismilləhsiz kəsilən eyni heyvanların ətlərindən nümunələr götürərək xüsusi labaratoriyada mikroskopik cihazların altında 48 saat saxladıq. 48 saatdan sonra Bismilləh ilə kəsilən heyvan ətlərinin nümunələri açıq qırmızı gül rəngi alarkən, Bismilləhsiz kəsilən ət nümunələri isə, qaraya yaxın tünd qırmızı bir rəng aldı. Bundan əlavə isə Bismilləh ilə kəsilən ətlərdə hər hansı bir mikroba da rast gəlinmədi. Bismilləhsiz kəsilən ətlərin tərkibində isə tam əksinə olaraq dayanmadan çoxalan, insan orqanizmi üçün zərərli olan mikrob və bakteryalar aşkar olundu. "

Elektrik ilə öldürülən heyvanların əti

Araşdırmada İslami üsula görə kəsilən heyvanların daha az əziyət çəkdiyi və ətlərinin də daha sağlam olduğu qeyd olunarkən, bəzi ölkələrdə elektrik ilə öldürülən heyvanların qanı vücudda qaldığı üçün, bu cür ətlərin daha tez xarab olduğu bildirildi. Məhz buna görə də bu cür ətlərin tez bir zamanda soyuducularda dondurulub mühafizə edilir. Bu isə insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur. Lakin islam üsuluna görə kəsilən heyvan ətlərini isə qəssaba göndərib axşama qədər xarab olmadan qala biləcəyi ifadə edildi.