باخیش

Möminin hər İşində xeyir var

Həbsdə olan Fələstin məclisinin üzvlərinin vəkilləri onlarla keçirdikləri görüş zamanı iki vəkil və bir keçmiş nazirin əsirlikdə ikən Qurani-Kərimi əzbərlədiyini bildiriblər.

Vəkillər sayca onuncu hökumətdə dövlət naziri vəzifəsini icra edən Mühəndis İsa Cəbəri, Qüdsdən seçilmiş deputat Məhəmməd Tahtux və əl – Xəlil bölgəsindən seçilən millət vəkili Basim əz-Zəaririn Quranı tamamilə əzbərlədiklərini qeyd edib.

Xatırladaq ki, Fələstin məclisinin həbsdə olan sədri Əziz Düveyk də Qurani-Kərimi təcvid qaydaları əsasında əzbərləyib.

"Möminin hər işi xeyirdir. İstər həbsxanada, istərsə də başqa şəraitdə Allahla birlikdə olmaq lazımdır. Ömrünü boş işlərə sərf etməməli, həyatını Allaha ibadətə həsr etməlidir"- deyə məhbuslar mövzu ilə bağlı açıqlamada qeyd ediblər.