Namaz qılmamağın səbəblərindən biri də Allahdan qorxmamaqdır

Uca Allah Qurani-Kərimdə belə buyurur: "Allahın əzabından qorxun, namaz qılın və müşriklərdən olmayın!" (Ər-Rum,31)

Allah(s.t) ona iman edən qullarına ondan qorxaraq namaz qılmalarını əmr edir. Və ondan qorxan qulları da Rəbbinə itaət edərək səcdələrə qapanırlar. Ukbə bin Amr (r.a) Rəsulullahın (s.a.s) belə deyərkən eşitdiyini xəbər verir: Rəsulullah (s.a.s) belə dedi: "Dağ təpələrindəki qoyun çobanından Allahın xoşu gəlir. O, namaz üçün Azan oxuyar və namaz qılar. Allah (s.t) da belə buyurur: Bu quluma baxın, Azan oxuyub, namaz qılır və məndən qorxur. Mən də o qulumun günahlarını bağışladım və onu Cənnətimə qoyacağam. (Əbu Davud (1203) və Nəsai (2/20) ,Əhməd (4/145), İbn Hibban (260) və Təbərani Kəbir (17/833) səhih bir sənədlə rəvayət etmişlər.)

Allah(s.t) namaz qılan qulu üçün ondan qorxduğunu söyləyir. Və bunun müqabilində həmin qulu Cənnətlə müjdələyir. Namaz qılmayan üçün bu söz söylənilirmi? Əgər eyni kəlmə namaz qılmayana da söylənmiş olsaydı, namaz qılan ilə qılmayan arasında heç bir fərq olmazdı. Bu Uca Allahın (s.t) ədalətinə yaraşmaz.

Həmçinin də bir olan Allahdan (s.t) qorxmaq, "Lə iləhə iləllah" kəlməsinin tələblərindəndir. Əgər bir kimsə dili ilə "Lə iləhə iləllah" deyir, lakin namaz qılmırsa deməli bu adam bu kəlmənin tələbini yerinə yetirməmişdir. Bunu açıqlayan bir ayədə Allah (s.t) belə buyurur: "Allah Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: "İnsanları əzabımla qorxudub(bu həqiqəti Mənim adımdan onlara bildirin: "Məndən başqa heç bir ilah yoxdur. Məndən qorxun!". (Nəhl Surəsi, 2)